...

"Transxəzər" qaz kəmərinin tikintisi üçün heç bir risk yoxdur - Aİ

Energetika Materials 21 Sentyabr 2011 12:18 (UTC +04:00)
"Transxəzər" qaz kəmərinin tikintisi üçün heç bir hüquqi və ekoloji risk yoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
"Transxəzər" qaz kəmərinin tikintisi üçün heç bir risk yoxdur - Aİ

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Bədəlova/

"Transxəzər" qaz kəmərinin tikintisi üçün heç bir hüquqi və ekoloji risk yoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin dibi ilə artıq bir neçə min kilometr uzunluğunda boru kəmərləri çəkilib. Habelə dənizin dibi ilə "Şimal axını" və "Mavi axın" kimi iri qaz kəmərləri də çəkilib.

Kobia qeyd edib ki, ekspertlərin rəyləri "Transxəzər" qaz kəmərinin tikintisi üçün hansısa ekoloji riskin olmadığını göstərir.

Onun sözlərinə görə, Azərbaycan müstəqil qərar qəbul edib, bunu Türkmənistan və Avropa İttifaqı da etməlidir. "Transxəzər" qaz kəməri layihəsinin reallaşdırılması həm Azərbaycan və Türkmənistan, eləcə də Aİ üçün vacibdir və bu boru kəmərinin tikintisi məsələsi üç tərəfin işidir.

Bir müddət əvvəl Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandatı təsdiqləyib. Bu, Xəzərdə qaz kəmərlərini tikintisinin əleyhinə olan Rusiyada və İranda narazılıq doğurub.

Xəbər lenti

Xəbər lenti