...

Gürcüstan Rusiya qazının Ermənistana tranzitini dayandırıb

Energetika Materials 22 Sentyabr 2011 14:02 (UTC +04:00)
Gürcüstan bu gün Rusiya qazının Ermənistana tranzitini müvəqqəti dayandırıb.
Gürcüstan Rusiya qazının Ermənistana tranzitini dayandırıb

Gürcüstan, Tbilisi, 22 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan bu gün Rusiya qazının Ermənistana tranzitini müvəqqəti dayandırıb. Trend-in məlumatına görə, Gürcüstanın Neft-Qaz Korporasiyasından bildirilib ki, bu gün Tbilisi vaxtı ilə saat 10:00-da Ermənistana qazın verilməsi 4-5 gün müddətinə dayandırılıb.

Tranzitin dayandırılmasına səbəb Tbilisi ətrafında dolama yolun çəkilməsi səbəbindən qaz kəmərinin yeni qolunun tikintisi ilə bağlıdır.

Gürcüstan şirkəti diametri 1000 millimetr olan Saquramo-Qırmızı Körpü magistral qaz kəmərinin yeni hissəsinin birləşdirilməsi üzrə işlərin aparılmasını planlaşdırır. Təmir işlərinin Gürcüstan ərazisindən Ermənistana qaz tranzitini həyata keçirən Gürcüstan Qaz Nəqliyyatı şirkəti aparır.

Ermənistan tərəfi təmir işləri ilə bağlı məlumatlandırılıb.

Ermənistanda respublika üçün bir həftəlik qaz ehtiyatlarının saxlanıldığı qaz anbarı var.

Xəbər lenti

Xəbər lenti