...

ARDNŞ-nin Kulevi terminalı sentyabr ayında 250 min ton neft və neft məhsulu qəbul edib

Energetika Materials 5 Oktyabr 2011 20:25
Kulevi neft terminalı ötən ilin sentyabr ayındakı 312 718 tona nisbətdə 248 750 ton neft və neft məhsulu qəbul edib.
ARDNŞ-nin Kulevi terminalı sentyabr ayında 250 min ton neft və neft məhsulu qəbul edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı ötən ilin sentyabr ayındakı 312 718 tona nisbətdə 248 750 ton neft və neft məhsulu qəbul edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

"Sentyabrda terminaldan ötən ilin analoji dövründəki 347 332 tonanisbətdə 225 300 ton neft və neft məhsulu ötürülüb", - məlumatda deyilir.

Proqnozlara görə, bu il terminal tərəfindən yükboşaltmanın həcmi ilin yekunları üzrə 3,5-3,6 milyon ton olacaq.

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti