...

"Şimal" elektrik stansiyasının gücünün artırılması Abşeron yarımadasının enerji təhlükəsizliyini təmin edəcək

Energetika Materials 13 Oktyabr 2011 10:44 (UTC +04:00)
2002-ci ildən - 400 meqavatlıq buxar-qaz qurğusunun quraşdırılmasından indiyədək "Şimal" elektrik stansiyası 20,3 milyrad kilovat-saat elektrik enerjisi istehsal edib.
"Şimal" elektrik stansiyasının gücünün artırılması Abşeron yarımadasının enerji təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

2002-ci ildən - 400 meqavatlıq buxar-qaz qurğusunun quraşdırılmasından indiyədək "Şimal" elektrik stansiyası 20,3 milyrad kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsal edən və paylayan) çərşənbə günü yaydığı məlumatda deyilir.

Yaponiyanın "Toyo Engineering" firması ilə imzalanmış müqavilə əsasında ikinci 400 meqavatlıq enerji blokunun tikilməsi barədə qərar qəbul edilib. Sentyabrın 21-də yeni enerji blokunun təməlqoyma mərasimi keçirilib.

İkinci enerji blokunun istismara verilməsi çərçivəsində 220 kilovoltluq elektrikötürücü xətt çəkiləcək və Abşeron yarımadasının, eləcə də bütün enerji sisteminin təhlükəsizliyinin təmin olunmasına imkan verəcək bir sıra yarımstansiyalar tikiləcək.

Xəbər lenti

Xəbər lenti