...

Soyuq istilik təchizatı sisteminin hazırlığını göstərəcək – "Azəristiliktəchizat"

Energetika Materials 24 Noyabr 2011 14:40 (UTC +04:00)
Azərbaycanda "Azəristiliktəchizat" SC-nin balansında olan bütün yaşayış evləri və sosial obyektlər istiliklə təmin olunub.
Soyuq istilik təchizatı sisteminin hazırlığını göstərəcək – "Azəristiliktəchizat"

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "Azəristiliktəchizat" SC-nin balansında olan bütün yaşayış evləri və sosial obyektlər istiliklə təmin olunub. Bu barədə cümə axşamı Trend-ə SC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, hazırda SC-nin balansında olan bütün qazanxanalar işlək vəziyyətdədir.

"İl ərzində biz bütün infrastrukturu istehlakçıları məhz belə halda istiliklə təmin etmək üçün hazırlayırıq. Ona görə də hava şəraitinin pisləşməsi bizim infrastrukturumuzun işinə heç bir təsir göstərmir", - Mirzəliyev deyib.

Onun sözlərinə görə, yalnız texniki xarakterli kiçik problemlər müşahidə olunur, lakin istehlakçıların müraciətləri əsasında SC-nin çevik reaksiya xidməti qısa müddətdə yaranmış problemləri aradan qaldırır.

Mirzəliyev bildirib ki, 2011-2012-ci illər istilik mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün zəruri işlər görülüb. O cümlədən SC-də istilik xətlərinin çəkilişi, təmiri və dəyişdirilməsi, qazanxaların tikintisi və təmiri, eləcə də nasosların quraşdırılması və təmiri üzrə işlər yerinə yetirilib.

Bu il respublikada istilik enerjisi ilə təmin olunacaq obyektlərin sayı və onların artım dinamikası üzrə ümumi cədvəl::

Obyektlər

2011-ci ildə cəmi

2005-ci ildə cəmi

Yaşayış binaları

2550

988

Məktəblər

267

146

Uşaq bağçaları

162

84

Səhiyyə obyektləri

126

61

Başqa sosial obyektlər

315

91

Xəbər lenti

Xəbər lenti