...

Ukrayna Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 13 Yanvar 2012 11:25 (UTC +04:00)
2011-ci ildə Azərbaycandan Ukraynaya 704,7 min ton neft idxal olunub ki, bu da 2010-cu ildəkindən 56,3 faiz azdır.
Ukrayna Azərbaycandan neft idxalını azaldıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

2011-ci ildə Azərbaycandan Ukraynaya 704,7 min ton neft idxal olunub ki, bu da 2010-cu ildəkindən 56,3 faiz azdır. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyinə Ukrayna hökumətindən məlumat veriblər.

2011-ci ildə Ukraynanın neft emalı zavodları Rusiya neftinin də alışını inişillə müqayisədə 21,5 faiz - 4,7 milyon tonadək azaldıblar.

Ukraynada Rusiya neftinin əsas idxalçısı TNK-ВР şirkətinin Lisiçan neft emalı zavodu olaraq qalır. Müəssisə əsas növ məhsulların buraxılışını artırıb. NEZ Qazaxıstan və Ukraynadan da xammal alır.

Kremençuq NEZ Ukrayna və Azərbaycan nefti ilə çalışır. Müəssisə benzin və dizel yanacağı buraxılışını azaldıb.
Ümumilikdə, 2011-ci ildə Ukraynada benzin istehsalı səkkiz faiz, yəni 2,8 milyon ton, dizel yanacağı 21,4 faiz, yəni 2,6 milyon ton, mazut 11,6 faiz, yəni iki milyon tonadək azalıb.

Xəbər lenti

Xəbər lenti