Azərbaycan, Bakı, 2 fevral /Trend müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Bakı üçün sutkalıq qaz verilişinin həcmi yanvarın 26-dakı 13,7 milyon kubmetrə qarşı 15 milyon kubmetri keçib. Bu barədə cümə axşamı Trend-ə İB-dən məlumat verilib.
İB-dən deyilib ki, ölkənin regionlarına sutkalıq qaz verilişinin həcmi təxminən 11 milyon kubmetr təşkil edir. Ümumilikdə ölkə üzrə qaz verilişinin həcmi təxminən 27 milyon kubmetr təşkil edib.
İstehlakçıları fasiləsiz qaz verilişi ilə təmin etmək üçün İB gücləndirilmiş iş rejimində işləyir, xüsusən əlavə texnika və avtomobil ayrılıb.
"Hava şəraitinə baxmayaraq, istehlakçılara qaz verilişində problem yoxdur", - İB-dən qeyd edilib.
Qazın verilməsində kiçik problemlər lokal xarakter daşıyır və texniki problemlərlə bağlıdır. Bu problemlər qısa müddət ərzində aradan qaldırılır.