...

Bakıda elektrik enerjisinin verilişi tam bərpa olunub

Energetika Materials 9 Fevral 2012 13:54 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" SC Bakının bütün rayonlarında elektrik enerjisinin verilişini tam bərpa edib. Bu barədə cümə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Bakıda elektrik enerjisinin verilişi tam bərpa olunub

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir E.İsmayılov /

"Bakıelektrikşəbəkə" SC Bakının bütün rayonlarında elektrik enerjisinin verilişini tam bərpa edib. Bu barədə cümə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırda elektrik enerjisinin fasiləsiz verilişində problem yoxdur.

Bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar Bakının bir sıra rayonlarında elektrik enerjisinin verilişində nasazlıqlar yaranmışdı. Həmin nasazlıqlar dünən gecə aradan qaldırılıb.

Fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Hazırda bütün Azərbaycan ərazisində şaxtalı-qarlı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti