Azərbaycan, Bakı, 14 fevral /Trend müxbir E.İsmayılov/
Şəki elektrik stansiyası 2011-ci ildə təxminən 121,9 milyon kilovat-saat elektrik enerjisi hasil edib ki, bu da proqnozlaşdırılandan 5,2 milyon kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, cari ilin yanvarında elektrik stansiyası təxminən 27,6 milyon kilovat-saat elektrik enerjisi hasil edib ki, bu da proznozlaşdırılandan 27 milyon kilovat-saat çoxdur.
Qeyd edək ki, 87 meqavatlı Şəki elektrik stansiyası 2006-cı ilin oktyabrında istismara verilib.