...

Azərbaycanın enerji operatoru elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 6 Mart 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend müxbir E.İsmayılov/

"Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) yanvar-fevral aylarında təxminən 4,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 3,6 milyard kilovat-saat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar etəsi SC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 3,9 milyarddan çoxu istilik elektrik stansiyalarının, təxminən 0,4 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti