...

ARDNŞ Qırğızıstanın Çuy vilayətində NEZ tikməyi planlaşdırır

Energetika Materials 12 Mart 2012 16:04 (UTC +04:00)
Qırğızıstanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft Emalı Zavodu (NEZ) ehtimal ki, ölkənin Çuy vilayətində tikiləcək.
ARDNŞ Qırğızıstanın Çuy vilayətində NEZ tikməyi planlaşdırır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir V.Javoronkova/

Qırğızıstanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft Emalı Zavodu (NEZ) ehtimal ki, ölkənin Çuy vilayətində tikiləcək. Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, Çuy vilayətinin dövlət administrasiyası tərəfindən iki milyon ton gücə malik NEZ-in tikintisi üçün dörd sahə təklif olunub.

Qabaqcadan Energetika Nazirliyi göstərilən zavodun elektrik enerjisi ilə təminatına görə məsələni "Qırğızıstanın Milli Elektrik Şəbəkəsi" ASC ilə (Qırğızıstanın "NES" Açıq Səhmdar Cəmiyyəti) işləyib.

ARDNŞ-nin emal üzrə vitse-prezidenti Davud Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti martın 2-dən 4-dək Qırğızıstanda olub.

Nümayəndə heyətinin məqsədi layihənin həyata keçirilməsi, eləcə də vergi və investisiyalara dair məsələlərin ətraflı müzakirə edilməsi olub.

Nümayəndə heyəti Qırğızıstanın Energetika Nazirliyində Çuy vilayət dövlət administrasiyasının, "Qırğızıstanın Milli Elektrik Şəbəkəsi" ASC, "Qırğızneftqaz" ASC-nin nümayəndələri ilə görüşlər keçirib. Eləcə də ölkənin Neft Treyderləri Assosiasiyasının, hökumət yanında Dövlət Geologiya və Mineral Resurslar Agentliyinin, Dövlət Vergi Xidmətinin nümayəndələri ilə görüşlər keçirilib.

Gğörüşlər zamanı respublikanın neft emalı müəssisələrinin strukturu, vergitutma və investisiyalar sistemi, qiymət siyasəti, respublikada YSM-in ixracı və idxalı məsələləri, neft hasilatının həcmləri, respublikanını təbii qaz və təbii resurslar ehtiyatları haqqında məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən qırğız tərəfi qarşısında gələcəkdə işlənmək üçün layihə ilə bağlı bir sıra suallar qoyulub.

Tərəflər arasında NEZ-in tikilməsi məsələsinə baxılmasına dair razılaşma yanvarın 19-da Qırğızıstan Prezidenti Almazbek Atambekovla ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə əldə olunub. NEZ-in 2013-cü ilin sonlarında istismara veriləcəyi gözlənilir.

İlkin hesablamalara görə, NEZ-in minimum dəyəri 100 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti