...

ARDNŞ "Petkim"-də öz payını xeyli artırıb

Energetika Materials 30 Mart 2012 21:57 (UTC +04:00)
"Socar Turkey Enerji A.Ş" və "SOCAR International DMCC OGG" Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin 10,32 faizinin özəlləşdirilib.
ARDNŞ "Petkim"-də öz payını xeyli artırıb

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Socar Turkey Enerji A.Ş" və "SOCAR International DMCC OGG" Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin 10,32 faizinin özəlləşdirilib. Bu barədə cümə günü Trend Türkiyənin KİV-lərə istinadən məlumat verir.

Bu səhm paketinin əldə edilməsi üçün 168,5 milyon dollar təklif olunub.

"Petkim"in səhmlərinin 10,32 faizinin alınması uğrunda iki şirkət - ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Türkiyənin plastik istehsalçısı "Naksan Plastik" şirkəti mübarizə aparırdı.

İndi "SOCAR Turkey Enerji"yə (ARDNŞ-nin Türkiyə bölməsi) Türkiyənin neft-kimya kompleksinin səhmlərinin 61,32 faizi məxsusdur. Səhmlərin 38,67 faizi İstanbul Fond Birjasında sərbəst dövriyyədədir.

Bir müddət əvvəl "SOCAR Turkey Enerji"nin baş icraçı direktoru Kənan Yavuz "Reuters"ə bəyan etmişdi ki, ARDNŞ Türkiyənin Özəlləşdirmə Şurasına "Petkim"in səhmlərinin 10,32 faizinin alınması üzrə ərizə təqdim edib.

"Petkim Petrokimya Holding" plastik qablar, parçalar, PVX, yuyucu vasitələr istehsal edir. Holdinq Türkiyədə bu cür məhsullar istehsal edən yeganə şirkətdir. Şirkət istehsal etdiyi məhsulların dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti