...

Azərbaycanın iki rayonunda qazın verilişi məhdudlaşdırılacaq

Energetika Materials 5 Aprel 2012 13:06 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq aprelin 6-da Azərbaycanın Abşeron rayonunun bir sıra kəndlərində və Qəbələ rayonunda qazın verilişində fasilələr yaranacaq.
Azərbaycanın iki rayonunda qazın verilişi məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq aprelin 6-da Azərbaycanın Abşeron rayonunun bir sıra kəndlərində və Qəbələ rayonunda qazın verilişində fasilələr yaranacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

"Abşeron rayonunun Digah, Məmmədli, Fatmayı, Goradil kəndlərində qazın verilişində məhdudiyyətlər olacaq" , - məlumatda deyilir.

Xüsusən saat 10:00-dan 17:00-dək "Digah" qazpaylayıcı stansiyasından qidalanan "Fatmayı" qaz kəmərində, saat 11:00-dan 15:00-dək isə "Qəbələ" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti