...

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

Energetika Materials 9 Aprel 2012 17:11 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) bazar ertəsi Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) bazar ertəsi Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.

ARDNF-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, iclasda əhəmiyyətli ödəmələr anlayışı müəyyən edilib və bu ödəmələrin MHŞT hesabatlarına daxil edilməsi razılaşdırılıb, MHŞT hesabatlarının MHŞT-nin tətbiqinə dair yeni qaydalara uyğun tərtib edilməsi və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xəbər lenti

Xəbər lenti