...

Azərbaycandakı yeni emal kompleksi meqalayihələr sırasına aiddir

Energetika Materials 11 Aprel 2012 17:01 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksi (OGPC) emal sahəsində meqalayihədir.
Azərbaycandakı yeni emal kompleksi meqalayihələr sırasına aiddir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbirlər A.Bədəlova, E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksi (OGPC) emal sahəsində meqalayihədir. Trend-in məlumatına görə, bu barədə Almaniyanın "ThyssenKrupp Uhde GmbH" şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya regionlarında biznesin inkişafı üzrə vitse-prezidenti Beate Bekker çərşənbə günü Bakıda OGPC layihəsinə həsr olunmuş forumda deyib.

Büdcəsi bir milyard dolları ötən bir neçə müəssisənin daxil olduğu, bir-biri ilə əlaqəsi olan layihəni emal sahəsində meqalayihə adlandırmaq olar.

"Onlardan biri ARDNŞ-nin Azərbaycanda həyata keçirilməsini planlaşdırdığı layihədir", - Bekker bildirib.

Habelə, "Lotos" şirkətlər qrupunun və Braziliyanın "Andrade Gutierrez" şirkətinin nümayəndələri də forumda layihənin əhəmiyyəti və miqyası barədə danışıblar.

O cümlədən, "Lotos" şirkətinin investisiya layihələri üzrə icraçı meneceri Qrjeqorja Jqodanın sözlərinə görə, "Lotos" qrupu yeni layihə çərçivəsində ARDNŞ ilə bölüşə biləcəyi kifayət qədər böyük təcrübəyə malikdir.

ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov forumda çıxışı zamanı deyib ki, yeni emal kompleksinin yaradılması layihəsinin reallaşdırılması üçün böyük həcmdə işlərin həyata keçirilməsi lazımdır.

Onun sözlərinə görə, artıq kompleksin tikiləcəyi ərazinin hazırlanmasına başlanılıb və iş davam etdirilir.

İsmayılov onu da qeyd edib ki, institut texniki layihələrin əlaqələndirilməsi üzrə böyük təcrübəyə malikdir.

Xəbər lenti

Xəbər lenti