...

ARDNŞ 2014-ci ilədək polipropilen və aşağıtəzyiqli polietilen istehsalını işə salmağı planlaşdırır

Energetika Materials 18 Aprel 2012 15:55 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilədək aşağıtəzyiqli polipropilen və polietilen istehsalını təşkil etməyi planlaşdırır.
ARDNŞ 2014-ci ilədək polipropilen və aşağıtəzyiqli polietilen istehsalını işə salmağı planlaşdırır

Azərbaycan Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilədək polipropilen və aşağıtəzyiqli polietilen istehsalını təşkil etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Hazırda polipropilen və polietilen istehsalı üzrə sexlərin yaradılması çərçivəsində layihə işləri aparılır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, yeni istehsal ARDNŞ-yə Sumqayıtda yaradılacaq yeni kimya sənaye parkını xammalla təmin etməyə imkan verəcək.

"Hazırda şirkət Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə birgə yeni parkın yaradılması layihəsi üzərində işləyir", - Abdullayev deyib.

Xüsusən, ARDNŞ "Azərikimya" İstehsalat Birliyinin balansında olan, parkətrafı ərazilərin təmizlənməsi üzrə işlər aparır.

Bu işlərin tamamlanmasından sonra ərazi İqtisadi İnkişaf Nazirliyinin balansına təhvil veriləcək. Mövcud ərazidə son kimya məhsullarının istehsalı üzrə kiçik müəssisələr yaradılacaq.

Xəbər lenti

Xəbər lenti