...

Azərbaycan neftinin qiymətləri: 16-20 aprel həftəsinin yekunları

Energetika Materials 21 Aprel 2012 13:22 (UTC +04:00)
16-20 aprel həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 121,5 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 16-20 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

16-20 aprel həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 121,5 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 2,86 dollar/barel azdır.

16-20 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 122,49, minimum isə 119,75 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

16-20 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 114,4 dollar/bareldən çox olub. Bu, ötən həftənin orta qiymətindən 2,9 dollar/barel çoxdur.

16-20 aprel həftəsində URALS-ın qiyməti maksimum 115,54, minimum isə 112,83 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

16-20 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 117,03 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4 dollar/barel azdır.

16-20 aprel həftəsində "Brent Dated"in qiyməti maksimum 117,79, minimum isə 115,16 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti