...

Azərbaycanda neft hasilatı həcmlərinin azalması planlaşdırılmış addımdır - Statistika Komitəsi

Energetika Materials 23 Aprel 2012 13:00 (UTC +04:00)
Azərbaycanda neft hasilatı həcmlərinin azalması ölkədə neft ehtiyatlarının işlənməsinə dair planların dəyişdirilməsi ilə bağlıdır.
Azərbaycanda neft hasilatı həcmlərinin azalması planlaşdırılmış addımdır - Statistika Komitəsi

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbirlər A.Axundov, E.İsmayılov /

Azərbaycanda neft hasilatı həcmlərinin azalması ölkədə neft ehtiyatlarının işlənməsinə dair planların dəyişdirilməsi ilə bağlıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.

"Azərbaycanda hasilatın azalması neft ehtiyatlarının səviyyəsinin azalması ilə deyil, onların istifadə müddətinin uzadılması ilə bağlıdır. Bu, nəzərdə tutulmuş ölçüdür", - Vəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti