...

Yevlax, Bərdə və Tərtərin qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 25 Aprel 2012 10:43 (UTC +04:00)
Bu gün saat 14:00-dan təmir işləri ilə əlaqədar “Kövər”, “Bərdə-Samux”, “Bərdə”, “Tərtər” və “Cəyirli” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.
Yevlax, Bərdə və Tərtərin qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün saat 14:00-dan təmir işləri ilə əlaqədar "Kövər", "Bərdə-Samux", "Bərdə", "Tərtər" və "Cəyirli" ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib.

Təmir işləri müddətində Yevlax rayonunun Kövər, Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Hacımahmudlu kəndlərinə, Bərdə və Tərtər rayonlarına təbii qazın verilməsində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti