...

Ağdam rayonu üzrə qazlaşdırma işləri 100 faiz yerinə yetirilib

Energetika Materials 22 May 2012 17:34 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 61 yaşayış məntəqəsi, 14780 şəxsi təsərrüfatı olan rayonda qaz çəkilişinə 2008-ci ildən başlanılıb (401 abonent), 2009-2011-ci illər ərzində daha intensiv şəkil alıb. Bu dövrdə rayon ərazisində 10,5 milyon manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilib.
Ağdam rayonu üzrə qazlaşdırma işləri 100 faiz yerinə yetirilib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

Ağdam rayonunun qazlaşdırması başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 61 yaşayış məntəqəsi, 14780 şəxsi təsərrüfatı olan rayonda qaz çəkilişinə 2008-ci ildən başlanılıb (401 abonent), 2009-2011-ci illər ərzində daha intensiv şəkil alıb. Bu dövrdə rayon ərazisində 10,5 milyon manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilib.

2010-cu ildə 3053 abonentin mənzili qazlaşdırılmışdısa, 2011-ci ildə və bu ilin 5 ayı ərzində bu rəqəmə daha 11 326 abonent əlavə olunub. Həmçinin, Ağdam rayon Qaz İstismar Sahəsində çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədilə burada müasir üslublu yeni inzibati bina tikilib istifadəyə verilib.

Qazlaşdırma işləri zamanı müasir standartlara cavab verən 612 kilometrlik polietilen və 408 kilometrlik metal borularla ümumi uzunluğu 1020 km olan qaz xətləri çəkilib. Bununla da Ağdam rayonu üzrə qazlaşdırma işləri 100 faiz yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti