...

"Cənubi Qafqaz" qaz kəmərində bərpa işləri davam edir

Energetika Materials 5 İyun 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

"Cənubi Qafqaz" qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilən Azərbaycan qazının Türkiyəyə tədarükü həftə ərzində bərpa ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəsi bildirib.

"Qaz kəmərində işlər davam edir və artıq yaxın həftə ərzində qazın verilişi bərpa ediləcək", - ARDNŞ nümayəndəsi qeyd edib.

Xatırladaq ki, mayın 29-da Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars şəhərindən keçən hissəsində partlayış baş verib.

Xəbər lenti

Xəbər lenti