...

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər yaranacaq

Energetika Materials 7 İyun 2012 23:21 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq cümə günü saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkıtinin (ARDNŞ) yaydığı məlumatda deyilir.
İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər yaranacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Təmir işləri ilə əlaqədar olaraq cümə günü saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkıtinin (ARDNŞ) yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə İvanovka, Kürdmaşı və Qubaxəlilli kəndləri istisna olmaqla İsmayıllı rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti