...

"Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir

Energetika Materials 2 İyul 2012 16:13 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir.
"Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir, E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir. Trend-in məlumatına görə, bu barədə İB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

İB aşağıdakı məhsulların satışını elan edir:

Qliserin - 190,0 ton
Tətbiq sahəsi: Qida sənayesində, tütün istehsalında, tibb sahəsində, toxuculuq sənayesində, kənd təsərrüfatında, lak və boya sənayesində, elektrotexnika və radiotexnika sahəsində və s.

Optofosfat turşusu - 19,0 ton
Tətbiq sahəsi: Lehimləmə zamanı aşqar kimi (mis, qara metal, paslanmayan polad), molekulyar biologiya sahəsində tədqiqatlar zamanı və paslanmış metal səthlərin təmizlənməsi üçün tətbiq olunur. Korroziyanın qarşısını almaq üçün təmizlənmiş səthdə qoruyucu qat əmələ gətirir. Sənaye soyuducu qurğularında freonların tərkibində bağlayıcı vasitə kimi də istifadə olunur.

Kalium qələvisi - 2,0 ton
Tətbiq sahəsi: E525 qida əlavələri kimi qida sənayesində, metan qazının alınmasında, məhlullarda turş qazlarının tutulması və bəzi kationların müəyyən edilməsində istifadə olunur. Maye yuyucu vasitələrin və kalium duzlarının alınmasında ilkin məhsul kimi istifadə edilir və s.

Natrium bixromat - 14,0 ton
Tətbiq sahəsi: Dəri və xəz sənayesində, kimya sənayesində qeyri-üzvi kimyəvi birləşmələrin, katalizatorların və xrom tərkibli birləşmələrin, kimyəvi reaktivlərin alınmasında, toxuculuq sənayesində parçaların boyadılmasında, digər sənaye sahələrində, mühərriklər üçün antifrizin alınmasında, asetilenin təmizlənməsində və qələvi batareyalarda elektrolit kimi istifadə olunur.

Modifikasiya olunmuş MLSP-R polimeri - 63,0 ton
Tətbiq sahəsi: Neft və qaz quyularının qazılması zamanı qazma məhsullarının durulaşdırıcısı kimi istifadə olunur.

Dixloretan - 290,0 ton
Tətbiq sahəsi: Vinilxlorid, etilendiamin, əczaçılıq preparatlarının istehsalında və həlledici kimi istifadə olunur.

Əhəng daşı - 2505,0 ton
Tətbiq sahəsi: Tikintidə və əhəng südü almaq üçün istifadə olunur.

Əlaqə telefonu:
(012) 521-25-21, (018) 655-96-37
E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti