Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir E.İsmayılov/
Təmir işləri ilə əlaqədar olaraq iyulun 9-10-da "Şəmkir", "Şəmkir SES", "Çinarlı", "Çənlibel", "Zəyəm", "Gədəbəy", "Alakol", "Qovlar" və "Dondar Quşçu" avtomatik qazpaylayıcı stansiyalarından, eləcə də "Morul", "Sarıtəpə", "Zəhmət" qaztənzimləyici məntəqələrindən təbii qaz təchizatı dayandırılacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Şəmkir rayonunun Kür, Çinarlı qəsəbələri və Zəyəm kəndinə, Tovuz rayonunun Qovlar qəsəbəsi, Aşağı Quşçu, Dondar Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan, Alakol, Dönük Qırıqlı, Məşədilər, Yanıxlı və Düz Qırıqlı kəndlərinə, həmçinin Gədəbəy rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.