...

Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları 10 milyard ton qiymətləndirilir - ARDNŞ

Energetika Materials 13 İyul 2012 17:19 (UTC +04:00)
Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir.
Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları 10 milyard ton qiymətləndirilir - ARDNŞ

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev şirkətin təqaüd çərçivəsində xaricdə təhsil alan tələbələr, təqaüd alanlar və işə qəbul edilənlərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları 10 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir, bununla yanaşı, Azərbaycanın böyük neft-qaz ehtiyatları "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında cəmləşib.

Abdullayev qeyd edib ki, növbəti il Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tikinti işlərinə başlanması planlaşdırılır.

Onun sözlərinə görə, zəruri infrastrukturun yaradılması çərçivəsində bütün tikinti işlərinin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti