...

ARDNŞ dörd üzən qazma qurğusu tikmək niyyətindədir

Energetika Materials 13 İyul 2012 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərdə işlərin aparılması məqsədilə 4 üzən qazma qurğusu inşa etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdü çərçivəsində xaricdə təhsil alan tələbələr, təqaüd alanlar və işə qəbul edilənlərlə görüşdə bildirib.

Onun sözlərinə görə, yeni qazma qurğular parkının yaradılması 1 milyard dollar həcmində investisiya tələb edə bilər.

"Neft-qaz sektorunda işlərin böyük hissəsi dənizdə aparılır, buna görə də mövcud layihələrin reallaşdırılması, yeni yataqların açılması və kəşfiyyat qazma işləri üzrə planlar əlavə qurğuların olmasını tələb edir", - o qeyd edib.

Belə yeni qurğunun tikintisi 500 milyon dollara başa gəlir. Onun sözlərinə görə, sonuncu qurğunun (Heydər Əliyev adına) qiyməti 250 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti