...

ARDNŞ bu ilin 8 ayı ərzində 100 min metrə yaxın qazma işi görüb

Energetika Materials 7 Sentyabr 2012 17:54 (UTC +04:00)
2012-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10075 metr qazma işi həyata keçirib.
ARDNŞ bu ilin 8 ayı ərzində 100 min metrə yaxın qazma işi görüb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

2012-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10075 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 9773 metri istismara, 302 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 170 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 99844 metr qazma işi görülüb ki, bunun da 94670 metri istismara, 5174 metri kəşfiyyata (o cümlədən, 2150 metr struktur axtarış qazması) aid olub.

Xəbər lenti

Xəbər lenti