...

Suriya Türkiyədən elektrik enerjisi alışını dayandırıb

Energetika Materials 11 Oktyabr 2012 13:49 (UTC +04:00)
Suriya bir həftə əvvəl Türkiyədən elektrik enerjisi alışını dayandırıb.
Suriya Türkiyədən elektrik enerjisi alışını dayandırıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya bir həftə əvvəl Türkiyədən elektrik enerjisi alışını dayandırıb. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.

Daha əvvəl Türkiyə tərəfi bəyan edirdi ki, iki ölkə arasında sazişin müddətinin cari ilin iyun ayının sonunda başa çatmasına baxmayaraq, müvəqqəti olaraq Suriyaya elektrik enerjisi tədarükü davam etdirilib.

Qeyd edək ki, Türkiyə hər ay Suriyaya 232,2 milyon kilovat-saat elektrik enerjisi tədarük edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti