...

Bakı və rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 18 Oktyabr 2012 18:17 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 19-da saat 10:00-dan 15:00-dək "Ağ şəhər" magistral qaz kəmərində, saat 10:00-dan 19:00-dək "Xaçmaz" avtomatik qazpaylayıcı stansiyasında və "Lənkəran" qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.
Bakı və rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 19-da saat 10:00-dan 15:00-dək "Ağ şəhər" magistral qaz kəmərində, saat 10:00-dan 19:00-dək "Xaçmaz" avtomatik qazpaylayıcı stansiyasında və "Lənkəran" qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Lənkəran şəhəri daxil olmaqla Digah və Şiləvar kəndlərinə, həmçinin Suraxanı rayonunun Zığ və Xətai rayonunun Əhmədli qəsəbələrinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti