...

Azərbaycan Dünya Enerji Forumunda təmsil olunur

Energetika Materials 22 Oktyabr 2012 16:05 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Dünya Enerji Forumunda iştirak etmək məqsədilə Dubay Əmirliyində rəsmi səfərdədir.
Azərbaycan Dünya Enerji Forumunda təmsil olunur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Dünya Enerji Forumunda iştirak etmək məqsədilə Dubay Əmirliyində rəsmi səfərdədir.

Sənaye və Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, forumun işinə oktyabrın 22-də Dubayın Beynəlxalq Sərgi Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid Al Məktuminin açılış nitqi ilə start verilib.

Beynəlxalq konfransa 20-dən artıq ölkə dövlət və hökumət başçıları, 40-dan artıq ölkə isə nazirlər səviyyəsində qatılıb.

Dünya Enerji Forumu ideyalar və enerji sahəsində beynəlxalq aləmdə praktiki nailiyyətlər mübadiləsi üçün ideal bir platforma hesab olunur.

Şeyx Məhəmməd bin Rəşid Al Məktumi açılış nitqində Dünya Enerji Forumunun keçirilməsinin əhəmiyyətinə toxunub.

"Forum tərəqqi və sosial-iqtisadi inkişaf üçün təmiz, təhlükəsiz və davamlı enerji əldə etmək istiqamətində maraqlı ölkələr arasında bilik, təcrübə mübadiləsi və çoxtərəfli əməkdaşlığı təmin edəcək", - Baş nazir deyib.

Natiq Əliyevin forumun gedişində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti