...

Ukrayna TANAP-a qoşulmaq məsələsini Azərbaycanla müzakirə edəcək

Energetika Materials 22 Oktyabr 2012 17:52 (UTC +04:00)
Ukrayna Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulmaq məsələsini cari ilin sonunadək Azərbaycanla müzakirə etmək niyyətindədir.
Ukrayna TANAP-a qoşulmaq məsələsini Azərbaycanla müzakirə edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Ukrayna Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulmaq məsələsini cari ilin sonunadək Azərbaycanla müzakirə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, enerji resurslarının şaxələndirilməsi məsələsi Ukrayna üçün prioritetlərdən biridir.

"Azərbaycan zəngin enerji resursları ehtiyatlarına malikdir. Biz Ukraynanın enerji maraqlarına toxunan layihələrə maraq göstəririk. TANAP layihəsi isə Azərbaycan qazının Avropaya tədarük etməyə hesablanıb" , - Mişenko qeyd edib.

O qeyd edib ki, Ukrayna güclü qaz nəqli infrastrukturuna malikdir.

Səfirin sözlərinə görə, ilin sonunadək iki ölkənin energetika nazirləri bu məsələni ətraflı müzakirə etmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti