...

ABŞ-ın nüfuzlu enerji dərgisində TANAP layihəsi ilə bağlı məqalə dərc edilib

Energetika Materials 23 Oktyabr 2012 05:48 (UTC +04:00)
Məqalədə Avrasiyanın əsas qaz kəməri layihəsi adlandırılan TANAP layihəsinin reallaşması üçün ABŞ tərəfindən siyasi liderliyin nümayiş etdirilməsinin zəruri olduğu bildirilir.
ABŞ-ın nüfuzlu enerji dərgisində TANAP layihəsi ilə bağlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri zamanı Hyustonda mətbuat orqanlarının enerji məsələləri üzrə ixtisaslaşan nümayəndələri ilə görüş keçirmişdir. Aparılmış fikir mübadiləsinin nəticəsi olaraq, ABŞ-ın nüfuzlu analitik enerji dərgisi hesab edilən E&E dərgisində Azərbaycanın iştirakçısı olduğu enerji layihələri ilə bağlı məqalə dərc edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

Məqalədə Avrasiyanın əsas qaz kəməri layihəsi adlandırılan TANAP layihəsinin reallaşması üçün ABŞ tərəfindən siyasi liderliyin nümayiş etdirilməsinin zəruri olduğu bildirilir.

Müəllif diplomatın sözlərinə istinadən, Artik dənizindən Hind okeanına qədər Avrasiyanın şərqində olan enerji resurslarının Qərbi Avropaya nəqli üçün ən təhlükəsiz yolun Azərbaycandan keçdiyini qeyd edir.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Dövlət Katibi Hillari Klintonun Avropa qitəsi boyunca boru kəmərinin inşa olunmasının nəzərdə tutan "Cənub dəhlizi" layihəsinin uğurla reallaşdırılması üçün bütün iştirakçı dövlətlərlə yaxından əməkdaşlıq etdiyini demişdir.

Məlumat üçün bildirək ki, 1998-ci ildən fəaliyyətə başlayan E&E dərgisinin redaksiya heyəti 52 peşəkar və ABŞ-ın enerji və ətraf mühit üzrə məşğul olan rəsmilərinə, eləcə də nüfuzlu şəxslərə birbaşa çıxışı olan jurnalistlərdən ibarətdir.

Sözügedən məqalə ilə aşağıdakı linkdə daha ətraflı tanış olmaq olar:

http://eenews.net/public/energywire/2012/10/10/6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti