...

Azərbaycanın enerji operatoru bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Energetika Materials 23 Oktyabr 2012 10:23 (UTC +04:00)
Azərbaycanın enerji operatoru "Azərenerji" ASC Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə çərşənbə günü Trend-ə ASC-dən bildirilib.
Azərbaycanın enerji operatoru bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycanın enerji operatoru "Azərenerji" ASC Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə çərşənbə günü Trend-ə ASC-dən bildirilib.

Qurban bayram ilə əlaqədar 25-26 oktyabr Azərbaycanda qeyri-iş günləri elan edilib.

Məlumata görə, ASC hər gün istehlakçıların rahatlığına böyük diqqət ayırır, bayram günlərində isə bu iş gücləndiriləcək.

"Bayram günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasından ötrü bütün zəruri işlər görüləcək", - ASC-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti