...

"Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə toplantı keçirilib

Energetika Materials 2 Noyabr 2012 16:42 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə toplantı keçirilib.
"Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə toplantı keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Sənaye və Energetika Nazirliyində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov və Aparat rəhbəri Rasim Məmmədov çıxış edərək bu istiqamətlərdə görülən işlər, əldə olunan nəticələr və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye və energetika naziri tərəfindən Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək üçün əmr imzalanıb. Əmrə əsasən, sözügedən hər iki fəaliyyət planlarının, həmçinin, nazirliyin şöbələrinə və struktura daxil olan qurumlara iş planında nəzərdə tutulmuş bəndlərin vaxtında icra olunmasını təmin etmək tapşırılıb.

Nazirliyin 2012-2013-cü illər üzrə iş planına gəlincə, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq informasiya əldə edilməsi asanlaşdırılmalıdır. Bu məqsədlə 2012-2014-cü illər ərzində nazirlikdə informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək. Eyni zamanda, informasiya azadlığının təmin edilməsi məqsədilə məsul dövlət qulluqçuları üçün treninqlərin keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, sözügedən sahədə Milli Fəaliyyət Planı nazirliyin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsini də əks etdirir. Bu məqsədlə nəzərdə tutulan işlər sırasında nazirliyin öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi kimi tədbirlər yer alıb. Eyni zamanda, 2012-2015-ci illər ərzində nazirliyin fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması, ildə bir dəfə nazirliyin fəaliyyəti barədə illik hesabatların hazırlanması və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi, nazirliyin fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi kimi tədbirlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti