...

Türkiyə Azərbaycanın TANAP layihəsindəki iştirak payının bölünməsini alqışlayır

Energetika Materials 8 Noyabr 2012 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trans Anadolu qaz layihəsindəki (TANAP) iştirak payının BP, "Statoil" və "Total" şirkətləri arasında bölünməsini alqışlayır. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı "Anadolu" agentliyi yayıb.

Yıldızın sözlərinə görə, xarici şirkətlərin TANAP layihəsinin reallaşdırılmasında iştirakı əlavə xarici investisiyaların cəlb olunmasına kömək edir.

Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağının işlənmə layihəsi üzrə tərəfdaşları Trans Anadolu qaz kəməri (TANAP) layihəsində iştirak payının əldə olunması ilə bağlı öz ilkin niyyətlərini təqdim ediblər. Bu barədə dünən jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilkin rəqəmlər hələlik rəsmi deyil, lakin onlara uyğun olaraq tərəfdaşlar TANAP layihəsində iştirakın 29 faizini aşağıdakı kimi paylaşmaq niyyətindədirlər: "Statoil" və BP - hər biri 12 faiz, "Total" - beş faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti