...

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi: TANAP layihəsi Avropa üçün unikal şansdır

Energetika Materials 17 Noyabr 2012 11:17 (UTC +04:00)
Türkiyə ərazisindən keçən qaz kəmərləri, xüsusən də Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində unikal şansdır.
ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi: TANAP layihəsi Avropa üçün unikal şansdır

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ərazisindən keçən qaz kəmərləri, xüsusən də Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində unikal şansdır. Bunu ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Karlos Paskual Atlantika Şurasının forumunda deyib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Axşam" qəzeti yayıb.

"Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Türkiyənin rolu bundan sonra da əvəzedilməzdir", - Paskual bildirib.

TANAP layihəsi Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər qaz kəmərinin tikintisini nəzərdə tutur. Həmin kəmərlə Azərbaycan qazı "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya gətiriləcək.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti