...

"Astara" ES yanvar-noyabrda təqribən 270 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Energetika Materials 25 Dekabr 2012 13:42 (UTC +04:00)
Stansiya bu ilin noyabr ayında 18,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
"Astara" ES yanvar-noyabrda təqribən 270 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayan "Astara" elektrik stansiyası cari ilin yanvar-noyabr aylarında 266,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, stansiya bu ilin noyabr ayında 18,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, ümumi gücü 87 MVt olan "Astara" elektrik stansiyası" 10 aqreqatdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti