...

Bakının enerji operatoru gücləndirilmiş iş rejiminə keçir

Energetika Materials 30 Dekabr 2012 12:12 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
Bakının enerji operatoru gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan, Bakı, 30 delabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC-nin əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Trend ASC-yə istinadən məlumat verir ki, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

"Bakıelektrikşəbəkə" ASC abonentlərinin nəzərinə çatdırır ki, bu qış ötən illərdən fərqli olaraq elektrik enerjisi təchizatı daha keyfiyyət və dayanıqlı olacaq. Son illər ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində şəbəkənin qoyuluş gücü artıb.

ASC abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti