...

"Petkim"in illik istehsal potensialı 3,5 milyon tona yüksələcək

Energetika Materials 8 Yanvar 2013 19:06 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş "Təşviq qanunu" çərçivəsində bu ölkəyə sərmayə yatıran ən iri şirkətlərə strateji investisiyaların təşviq edilməsinə dair vəsiqələrin verilməsi davam edir.
"Petkim"in illik istehsal potensialı 3,5 milyon tona yüksələcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş "Təşviq qanunu" çərçivəsində bu ölkəyə sərmayə yatıran ən iri şirkətlərə strateji investisiyaların təşviq edilməsinə dair vəsiqələrin verilməsi davam edir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, strateji sərmayələrin təşviq edilməsinə dair Türkiyə Respublikasının ikinci vəsiqəsi ARDNŞ-nin qardaş ölkədəki aktivi olan Petkim Petrokimya Holdinqinə verilib. "Petkim"in icraçı direktoru Sadəddin Qorqud bildirib ki, strateji sərmayələrin təşviq edilməsi vəsiqəsi "Petrokimya Məhsulları Potensialı Artımı və Yeni Məhsul İstehsalı" layihəsi çərçivəsində etilen və təmiz tereftal turşusu (PTA) zavodları üçün nəzərdə tutulan sərmayələrin reallaşdırılmasını asanlaşdıracaq. Sərmayələrin yatırılması başa çatdıqdan sonra etilen zavodunun illik potensialı 13% artacaq, PTA zavodunun illik potensialı isə 70 min tondan 105 min tona qədər yüksələcək.

İcraçı direktor yeni sərmayələrlə birlikdə "Petkim"in illik istehsal potensialının 3,2 milyon tondan 3,5 milyon tona yüksələcəyini qeyd edib. O, təşviq vəsiqəsini Türkiyə dövlətinin "Petkim"ə verdiyi dəstəyin ifadəsi kimi qiymətləndirib.

Qeyd edək ki, ilk vəsiqə 2012-ci il dekabrın 5-də STAR neft emalı zavoduna yatırılan sərmayələr üçün "SOCAR Energy Turkey" şirkətinə verilmiş, İstanbulda keçirilən mərasimdə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəsiqəni ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti