...

Tullantıların idarə olunması üzrə növbəti ekoloji monitorinq başa çatıb

Energetika Materials 10 Yanvar 2013 16:59 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi tərəfindən "Tullantıların idarə olunması planı"na uyğun olaraq, ARDNŞ-nin dəniz və quru obyektlərindəki istehsalat tullantılarının formalaşdığı və onların saxlanıldığı sahələrdə 2012-ci il üzrə aparılmış ekoloji monitorinq işləri başa çatdırılıb.
Tullantıların idarə olunması üzrə növbəti ekoloji monitorinq başa çatıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi tərəfindən "Tullantıların idarə olunması planı"na uyğun olaraq, ARDNŞ-nin dəniz və quru obyektlərindəki istehsalat tullantılarının formalaşdığı və onların saxlanıldığı sahələrdə 2012-ci il üzrə aparılmış ekoloji monitorinq işləri başa çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, artıq monitorinqin nəticələri barədə hesabat hazırlanıb. Aparılmış monitorinq işləri zamanı hər bir müəssisə üzrə ümumi məlumat, istehsalat prosesində formalaşan tullantılar, onların dislokasiya vəziyyəti, çeşidlənməsi, rəng koduna uyğun xüsusi konteynerlərdə yerləşdirilməsi, əvvəlki illərdən qalıq kimi saxlanılması, tullantıların müvəqqəti yerləşdirilməsinin ekoloji tələblərə cavab verməsi və digər parametrlərə xüsusi diqqət yetirilib. Aşkar olunmuş qüsurlar hesabatda öz əksini tapıb, ətraf mühitə təsir edən mənfi amillərin aradan qaldırılması üçün irad və təkliflər hesabata əlavə edilib.

Aparılmış monitorinq işləri nəticəsində aşkar olunmuş qüsurların aradan qaldırılması, eləcə də yerlərdə tullantıların düzgün idarə olunmasının təmin edilməsi məqsədilə ARDNŞ-nin idarə və müəssisələrində, birgə müəssisə və əməliyyat şirkətlərində çalışan mühəndis-texniki personalın maarifləndirilməsi üçün mütəmadi olaraq toplantıların keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti