Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərvaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Qazıməmməd-Qazax qaz kəmərinin 128-ci kilometrliyində bərpa işlərini praktiki olaraq başa çatdırıb. Bu barədə bazar ertəsi Trend-ə İB-dən məlumat verilib.
Yanvarın 11-də qaz kəmərinin Göyçay rayonu ərazisində 128-ci kilometrliyində qəza, daha sonra isə yanğın baş verib. Yanğının və onun nəticələrinin aradan qaldırılması üçün qaz kəməri ilə qazın verilişi dayandırılmışdı.
"Bütün işlər gücləndirilmiş tempdə və operativ aparılırdı və buna görə demək olar ki, bərpa işləri başa çatıb. Qaz kəməri ilə qazın nəqlinə bu gün-sabah başlanacaq", - İB-dən bildirilib.