Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/
Azərbaycan qaz kəmərində plandankənar təmir işləri ilə əlaqədar Rusiyaya qaz tədarükünü dayandırıb.
"Azərbaycan cümə günündən etibarən Rusiyanın "Qazprom" şirkətinə qazın tədarükünü 3 sutkalığa dayandırıb ki, bu da "Mozdok-Qazıməmməd" qaz kəmərində plandankənar təmir işləri ilə izah edilir", - bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildiriblər.
ARDNŞ-dən qeyd ediblər ki, bu işlər başa çatdıqdan sonra qazın tədarükü normal rejimdə bərpa ediləcək.