...

Ağcabədi rayonunun daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 25 Yanvar 2013 16:34 (UTC +04:00)
Bu gün Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.
Ağcabədi rayonunun daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bu gün Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib. 1250 abonenti olan Avşar kəndinin qazlaşdırılması üçün müxtəlif diametrli 73 112 metr boru çəkilib, 1250 ədəd "smart-kart" tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

456 abonenti olan Salmanbəyli kəndinin qazlaşdırılması üçün isə 22 307 metr uzunluğunda boru çəkilib, 456 ədəd "smart-kart" tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti