...

Azərbaycan neftinin qiymətləri: 28-1 fevral həftəsinin yekunları

Energetika Materials 4 Fevral 2013 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

28-1 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 118 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,1 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 28-1 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 119,65, minimum isə 116,16 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
28-1 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 113,18 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,66 dollar/barel çoxdur.

28-1 fevral həftəsində URALS-ın qiyməti maksimum 114,78, minimum isə 111,61 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

28-1 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 115,33 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,8 dollar/barel çoxdur.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 116,89, minimum isə 113,67 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti