...

Türkiyə 2014-cü ildə ilk AES-in tikintisinə başlayacaq

Energetika Materials 15 Fevral 2013 11:43 (UTC +04:00)
Türkiyədə “Akkuyu” ilk atom eleketrik stansiyasının tikintisi üzrə işlərə 2014-cü ilin əvvəlində başlanacaq.
Türkiyə 2014-cü ildə ilk AES-in  tikintisinə başlayacaq

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə "Akkuyu" ilk Atom Eleketrik Stansiyasının tikintisi üzrə işlərə 2014-cü ilin əvvəlində başlanacaq. Trend-in məlumatına görə, bu barədə "Akkuyu NGS A.Ş." şirkətinin baş direktoru Aleksandr Superfin "Vatan" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ilin mayında layihənin ətraf mühitə təsiri haqqında hesabata hazırlıq başa çatacaq.

"Akkuyu" AES-də elektrik enerjisinin istehsalına 2020-ci ildən başlayacağı gözlənilir. AES ilkin mərhələdə 4800 meqavatt gücündə elektrik enerjisi istehsal edəcək.

AES-in tikintisində Türkiyənin payı 7,5 milyard dollar təşkil edir. Layihənin ümumi dəyəri 20 milyard dollardır. O bildirib ki, layihəyə artıq bir milyard dollardan artıq sərmayə qoyulub, yaxın aylarda isə investisiyalar 2,4 milyard dollaradək artırılacaq.

BBEP-1200 tipli reaktorlara malik dörd enerji blokunun daxul olduğu ilk AES Rusiya layihəsi əsasında tikiləcək.

Stansiyanın tikintisi haqqında saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavatt, ümumi gücü 4800 meqavatt təşkil edəcək. Blokların bir illik ara ilə artıcıl olaraq istismara veriləcəyi güman edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti