...

Azərbaycan neftinin qiymətləri: 18-22 fevral həftəsinin yekunları

Energetika Materials 25 Fevral 2013 13:28 (UTC +04:00)
18-22 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 118,71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,96 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 18-22 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.İsmayılov/

18-22 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 118,71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,96 dollar/barel azdır.

Trend-in məlumatına görə, 18-22 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 120,31, minimum isə 116,73 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

18-22 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 113,02 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,58 dollar/barel azdır.

18-22 fevral həftəsində URALS-ın qiyməti maksimum 115,1, minimum isə 110,29 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

18-22 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 115,8 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 2,35 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 117,51, minimum isə 113,74 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti