...

Dövlət Neft Fondu qaz nəqli layihələrinin maliyyələşdirilməsi üzrə planlarını açıqlayıb

Energetika Materials 26 Fevral 2013 16:19 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Transanadolu" boru kəməri (TANAP) layihəsində dövlətin payının maliyyələşdirilməsinə başlamağa hazırlaşır, həmçinin Azərbaycan qazının Avropaya tədarükünü təmin etməyə imkan verəcək "Nabucco West" və ya "Transadriatik" qaz kəməri (TAP) layihələrini maliyyələşdirmək potensialı var.
Dövlət Neft Fondu qaz nəqli layihələrinin maliyyələşdirilməsi üzrə planlarını açıqlayıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Transanadolu" boru kəməri (TANAP) layihəsində dövlətin payının maliyyələşdirilməsinə başlamağa hazırlaşır, həmçinin Azərbaycan qazının Avropaya tədarükünü təmin etməyə imkan verəcək "Nabucco West" və ya "Transadriatik" qaz kəməri (TAP) layihələrini maliyyələşdirmək potensialı var.

Trend-in məlumatına görə, bu barədə "New Europe"in rəsmi saytı ARDNF-nin icraçı direktoru Şahmar Mövsümova istinadən məlumat verir.

"Biz TANAP layihəsində dövlətin payının maliyyələşdirilməsinə başlamağa hazırlaşırıq. Hazırda bu məsələnin müzakirəsi ilkin mərhələdədir. Biz hələ payın həcmini, layihənin dəyərini və digər detalları müəyyənləşdirməmişik", - Mövsümov qeyd edib.

"ARDNF-nin TAP və ya "Nabucco" layihələrinin maliyyələşdirilməsində iştirak etmək ehtimalı varmı" sualına Mövsümov belə cavab verib: "Potensial olaraq, bəli. Lakin bunların hamısı söz-söhbətdir. Hazırda konkret heç nə yoxdur".

İcraçı direktor "Cənub axını" və "Cənub qaz dəhlizi" layihələri arasında rəqabət ehtimalı barədə sualı cavablandırarkən deyib ki, Avropa bazarı genişdir və bu layihələr üzrə tədarüklər üçün qaza tələbat kifayət qədər olacaq. Buna görə də layihələr arasında rəqabət görmür.

Mövsümovun sözlərinə görə, Azərbaycanın kifayət qədər qaz ehtiyatı var və onun işlənməsi üçün qazma işləri aparmaq lazımdır. Lakin bunun üçün ölkədəki 3 üzən qazma qurğusu mövcud resursların işlənməsi üçün kifayət deyil. Məhz buna görə də ARDNF 2013-cü ildə yeni qazma qurğusunun tikintisini maliyyələşdirəcək. Bu qurğunun istifadəsinə artıq iri beynəlxalq şirkətlər maraq göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti