Azərbaycan, Bakı, 5 may /Trend/
İran Fars körfəzində yerləşən "Tossan", "İsfəndiyar" və "Sorouş" neft yataqlarının işlənməsinə dair saziş imzalayacaq. Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, bu barədə İranın "Offshore Oilfields Company" şirkətinin icraçı direktoru Mahmud Zirəkçianzadə bildirib.
Onun sözlərinə görə, "Tossan" yatağının işlənməsinə dair saziş "Khatam-ol-Osia Construction Headquarters" şirkəti ilə imzalanacaq. Razılaşmanın dəyəri 800 milyon dollar təşkil edir.
"Pasargad Bank" "İsfəndiyar" yatağının işlənməsini maliyyələşdiriləcək, "Sorouş" yatağı ilə bağlı məsələ isə hələ dəqiqləşdirilməyib", - Zirəkçianzadə deyib.