...

Saakaşvili Qazaxıstan və Türkmənistanın köməyi ilə Gürcüstana qaz tədarükünü şaxələndirməyi təklif edir

Energetika Materials 7 May 2013 18:58 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkə hökumətinin Rusiya hesabına olmayan qaz tədarükünün şaxələndirilməsi cəhdlərini alqışlayır.
Saakaşvili Qazaxıstan və Türkmənistanın köməyi ilə Gürcüstana qaz tədarükünü şaxələndirməyi təklif edir

Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkə hökumətinin Rusiya hesabına olmayan qaz tədarükünün şaxələndirilməsi cəhdlərini alqışlayır. Trend-in məlumatına görə, bu barədə Saakaşvili Gürcüstan telekanalına müsahibəsində bildirib. Gürcüstan Prezidenti Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda iştirak edir.

"Qazın bir hissəsini biz Rusiyadan bu ölkənin qazının Ermənistana tranzitinin ödənişi şəklində alırıq. Qaz tədarükündə yeni imkanları axtarmaq məqsədilə Qazaxıstan və Türkmənistanla danışıqlar aparmağa məcburuq, Azərbaycandan asılılıq haqqında danışmaq isə sadəcə gülüncdü", - o bildirib.

Saakaşvili vurğulayıb ki, Gürcüstan Avropada heç kimin edə bilmədiyi kimi, Azərbaycanın köməyi ilə öz enerji təhlükəsizliyini təmin etməyi bacardı.

"Məhz Azərbaycan çətin vaxtlarda güzəştli şərtlərlə Gürcüstana qaz verməyə başlayan strateji tərəfdaşımızdır. Unutmayın ki, Azərbaycan qazı dəfələrlə ucuzdur, bundan başqa, Azərbaycan Gürcüstanın müstəqil və azad olmasında maraqlıdır", - o vurğulayıb.

Saakaşvilinin sözlərinə görə, Rusiya bir neçə dəfə qış dövründə Gürcüstanı çox ağır vəziyyətdə qoydu. Rusiya ərazisində qaz kəmərlərində baş verən partlayışlar nəticəsində Gürcüstan əhalisi yanacaqsız və istilik enerjisiz qaldı.

"Ona görə də bütün bu danışıqlar bir məqsədlə aparılır. Bizi Rusiyanın orbitinə geri qaytarmaq və müstəqilliyimizdən məhrum etmək yolverilməzdir", - Prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti