...

Azərbaycanda ilin sonunadək neft-qaz emalı üzrə yeni kompleksin tikintisinə başlanılacaq

Energetika Materials 15 May 2013 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sonuna neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) tikintisinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda kompleksin yekun layihəsi üzərində iş gedir: ilk növbədə, qaz emalı zavodu, sonra isə neft emalı müəssisəsi, həmçinin neft-kimya məhsulları istehsalı zavodu layihəsi üzərində iş aparılır.

"Biz bu ilin sonuna konkret işlərə başlamağa çalışacağıq", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti